Görkəmli jurnalist Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçiriləcəkdir

Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası görkəmli jurnalist, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirəcəkdir.
Mətbuat Şurasından bildirmişlər ki, konfransda Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılacaq, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılacaqdır.
Qeyd edək ki, Nəsrulla İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olmuşdur. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edir. Neft Texnikumunda oxuduğu vaxtlarda "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən müharibəsinin Krım cəbhəsinə göndərilmişdir. Burada o, "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərmişdir. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist" qəzetində məsul katib işləmiş və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış etmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirmişdir.
N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılmış və oxucular daim yeni informasiyalarla təmin edilmişdir. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında