Pambıq hələ tükənməyib

Noyabr ayının ilk iki həftəsinə nisbətən sonrakı həftələrdə ölkədə hava şəraiti pambıqçılıq üçün əlverişli keçdiyi üçün məhsul yığımının sürəti bir qədər artmışdır. Son on dörd gün ərzində tarlalardan 6679 ton "ağ qızıl" toplanmışdır ki, bu da pambığın hələ tükənmədiyindən xəbər verir. Hesabat dövrünün lideri Ağcabədi rayonunun pambıqçıları olmuşlar. Onlar on dörd gün ərzində sahələrdən 1167 ton məhsul yığaraq, pambıq tədarükünü rayon üzrə 5262 tona çatdırmışlar.
Son on dörd gündə ikinci göstərici Biləsuvar rayonunun fermerlərinə və fərdi torpaq sahibkarlarına aiddir - 1150 ton. Ümumiyyətlə, bu rayon məhsul yığımı başlayandan bəri qabaqcıllığı əldən vermir. Dövlət Statistika Komitəsinin noyabrın 28-i hazırladığı məlumata görə, Biləsuvarda pambıq tədarükü 9644 tona çatmışdır. Bu, Saatlı rayonundan sonra (9821 ton) respublikada ikinci göstəricidir.
Yığım cədvəlinin üçüncü pilləsini, qeyd etdiyimiz kimi, 5262 tonla Ağcabədi rayonu tutur. Cədvəldə sonrakı yerlərdə gələn Bərdə, İmişli, Sabirabad rayonlarında tədarük olunan "ağ qızıl"ın ümumi miqdarı müvafiq surətdə 3844, 3854 və 3451 tona bərabərdir ki, bu da keçən ilki göstəriciləri xeyli üstələyir. Hesabat dövrünədək respublika üzrə tədarük olunan pambığın ümumi miqdarı isə keçən ilki səviyyəni 17867 ton arxada qoyaraq 53201 tona çatmışdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında