Kaliforniyanın bir sıra şəhərlərində mayın 28-i "Azərbaycan Milli Günü" elan ediləcəkdir

Amerika-Azərbaycan Şurasından verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının bir sıra şəhər və bölgələrində mayın 28-i "Azərbaycan Milli Günü" elan ediləcəkdir. Bu haqda diaspor təşkilatına Kaliforniya ştatının yerli icra hakimiyyətlərindən daxil olan təbrik məktublarında deyilir.
Xüsusilə, Cənubi Kaliforniyanın Orenc dairəsinin və Irvin şəhərinin şuralarının qərarlarına görə, Amerikanın Azərbaycan mənşəli icmasının ştatın mədəni müxtəlifliyi, siyasi və iqtisadi həyatına verdiyi töhfələri nəzərə alaraq, onların yaşadıqları ərazilərin sakinləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü bayram edəcəklər.
Təbrik məktublarında 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk dünyəvi parlament respublikasının insan haqları üzrə əldə etdiyi nailiyyətlər xatırlanır, müasir Azərbaycan Respublikasının ərazi bütövlüyünün ABŞ və BMT tərəfindən tanındığı vurğulanır.
Amerika-Azərbaycan Şurası ilə yanaşı, Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerikanın Azərbaycan Cəmiyyəti, ABŞ Azərbaycanlıları Şəbəkəsi də Nyu-York ştatının qubernatoru, ABŞ Konqresinin üzvləri və ölkənin digər yüksək səviyyəli rəsmilərindən Azərbaycan Günü münasibətilə təbrik məktubları almışlar.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında