Daxili Qoşunların Naxçıvan alayına müasir artilleriya qurğuları verilmişdir

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Daxili Qoşunların Naxçıvan alayına verilən 128 millimetrlik RAK-12 reaktiv artilleriya qurğularına baxmışdır.
Bildirilmişdir ki, RAK-12 reaktiv kompleksi düşmənin canlı qüvvəsinin, zirehli texnikasını və mühəndis-istehkam qurğularını məhv etmək üçün təyin edilmişdir. Bu müasir artilleriya qurğusu 8500 metr məsafədə yerləşən hədəfləri məhv etmək gücündədir. Dağlıq ərazilər üçün daha əlverişli olan RAK-12 reaktiv kompleksi 42 dərəcə bucaq altında atəş açmaqla 600 kvadratmetr ərazidəki düşmən qüvvələrini məhv etmək imkanına malikdir.
Sonra Ali Məclisin sədri Daxili Qoşunların Naxçıvan alayında yeni qurulmuş ayrı-ayrı xidməti anbarlara baxmış, şəxsi heyətin gündəlik təchizatı ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Daxili Qoşunların Naxçıvan alayında şəxsi heyətin xidməti vəzifələrini yerinə yetirməsi üçün lazımi şərait yaradılmış, son illər hərbi hissədə geniş quruculuq-abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Şəxsi heyətin geyimi, qidalanması, texniki təchizatı yüksək səviyyədədir.
Ali Məclisin sədri hərbi hissənin ərazisində yeni yeməkxana binasının tikilməsi, qış aylarında əsgərlərə kalorili qidaların verilməsi, ərazidə yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi, yeni işıqlandırma sistemlərinin quraşdırılması və xidmətin yüksək səviyyədə təşkili barədə tapşırıqlar vermişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında