Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin maddi-texniki bazası möhkəmləndirilir

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə 3 ədəd "BMW" və 7 ədəd "Hyundai iX-35" markalı xidməti avtomobil verilmişdir. 
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov təqdimat mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədri Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına yeni xidməti avtomobillərin açarlarını təqdim etmiş, bu nəqliyyat vasitələrinin texniki göstəriciləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, avtomobillər yüksək texniki göstəricilərə malikdir. Avtomat sürət qutusuna malik olan yeni avtomobillər həm də qənaətcilliyi və yüksək manevr qabiliyyəti ilə seçilir. Muxtar respublika üçün əlverişli olan bu xidməti maşınlarda rabitə sistemləri, səsgücləndiricilər və xəbərdarlıq işıqları quraşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi yollarda hərəkətin təhlükəsizliyinə daha operativ nəzarət edilməsinə imkan verəcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında