Kürdəmir rayonunun Sığırlı kəndinə təbii qaz verildi

Kürdəmir rayonunun ərazisinə və əhalisinin sayına görə ən böyük kəndi olan Sığırlıya təbii qaz ilk dəfə 1988-ci ildə verilib. Lakin kəndə təbii qazın verilməsi 1996-cı ildə dayandırılmış və 2004-cü ilin iyun ayında yenidən bərpa edilmişdir. Lakin boru xətlərində olan nasazlıqlar əhalinin mavi yanacaqla təminatında bir sıra çətinliklər yaratdığından istismar qaydalarına düzgün əməl edilməsi istiqamətində 2010-cu ilin may ayında ərazinin qaz boru xətlərində yenidənqurma işlərinə başlanılmışdır.
Belə ki, qazpaylayıcı stansiyadan kəndə qədər olan 16 kilometr məsafədə 110-160 millimetrlik boru, kəndarası 106 kilometr uzunluğunda 32-50-63-75 millimetr boru yenidən qurulmuş, 1520 nəfər təbii qaz abonentinin istifadəsinə verilmişdir.
Mavi yanacağın verilməsi münasibəti ilə kənddə izdihamlı mərasim keçirilmişdir. Tədbiri rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov açaraq kəndə yenidən mavi yanacağın verilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılmış uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmirdə həyata keçirilən iri həcmli layihələrdən söz açmış, bu layihələrin rayonda sosial infrastrukturun yeniləşməsinə, nəticə etibarilə insanların yaşam tərzinin yaxşılaşmasına xidmət etdiyini söyləmişdir. İcra başçısı qeyd etmişdir ki, son illərdə rayonun kənd yaşayış məntəqələrinə təbii qazın verilməsi istiqamətində ardıcıl işlər görülmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində son 7 ildə 19 kəndə mavi yanacaq verilmişdir. Hazırda şəhərdə və kənddə 9573 abonent təbii qazdan istifadə edir. Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Ağsu-Kürdəmir magistral qaz xətti 32 kilometr məsafədən polietilen boru ilə yenidən çəkilmişdir.
Kənd sakinləri Əliyarbəy Əhmədov, Firidun Osmanov, Şəkixan Şəmiyev çıxış edərək bölgələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər kəndə təbii qazın bərpası ilə əlaqədar zəhmət çəkənlərə də sakinlər adından təşəkkür etdilər. Sonra təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırıldı. İcra başçısı Fəxrəddin Məlikov və qonaqlar kənd sakini Seymur Novruzovun evində qonaq oldular, ailənin yaşayışı ilə maraqlandılar.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında