Əlillər dövlət qayğısından razılıq etdilər

Beynəlxalq Əlillər Günü paytaxtın Xətai rayonunda da geniş qeyd olundu. Xətai Rayon İcra Hakimiyyətinin "Mübarək" şadlıq sarayında düzənlədiyi tədbirdə rayonun 200-ə yaxın əlil sakini iştirak edirdi.
Tədbir Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun əlilliyi olan şəxslərə ünvanladığı təbriklə açıldı. Tədbirdə qeyd olundu ki, bu gün Azərbaycanda 419598 nəfər əlil var. Onların hər biri Azərbaycan Respublikası hökumətinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyev bütün dövlət məmurlarından əhalinin bu təbəqədən olan hissəsinə daha böyük qayğı və diqqətlə yanaşmağı, onların sosial-məişət problemlərinin həllinə ləngimədən, operativ səy göstərməyi tələb edir. Çünki bu təbəqədən olan vətəndaşlarımızın diqqət və qayğıya, səmimi və xoş münasibətə daha çox ehtiyacları var.
Məlumat üçün qeyd olundu ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk illərindən - 1994-cü ildən qeyd olunmağa başlanmış və bu gün də bu ənənə davam etdirilir.
R.Məmmədovun əlillərə ünvanladığı təbrikində o da qeyd olundu ki, dövlətimizin iqtisadi qüdrəti artdıqca əhalinin, o cümlədən əlilliyi olan insanların sosial müdafiəsi daha da gücləndirilir, əlillərin reabilitasiyası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində əməli tədbirlər həyata keçirilir.
Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrdən də ətraflı danışıldı.
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə bildirdi ki, bu günə rayonumuzda 13550 nəfər müxtəlif əlillik dərəcəsi olan vətəndaş var. Bunların arasında İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olanlar, həmçinin müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Rayon icra hakimiyyəti onların hər birinin sosial-məişət problemlərinə, qayğı ilə yanaşır və bu insanların sosial mühitə adaptasiya olunmasına xüsusi diqqət göstərir.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və əlilliyi olan bir çox digər insanlar Azərbaycan dövlətinə və onun Prezidenti cənab İlham Əliyevin əhalinin bu təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə razılıqlarını bildirdilər.
Bayram süfrəsi arxasında əyləşmiş sakinlər üçün sonda rayon mədəniyyət və incəsənət ustalarının ifasında
konsert verildi.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında