Respublikanın hüquq-mühafizə orqanları korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən məlumatda bildirilir ki, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov DİN-in "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirmişdir.  
Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanmışdır.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Respublikanın hüquq-mühafizə orqanları korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında