Roland Kobia: Azərbaycan Şərqi Avropanın bir hissəsidir

Hər bir dövlətin gücü onun dövlət idarəçiliyindən asılıdır. Dövlət demokratiya və insan haqlarını əsas tutmalıdır. Azərbaycan da bu yolda çalışır.
Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Bakıda keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfransda çıxışı zamanı demişdir.
R.Kobia bildirmişdir ki, dövlətdə korrupsiyaya qarşı mübarizə və şəffaflıq əsas məqsəd daşımalıdır: "Bu, təkcə Azərbaycana deyil, Avropa ölkələrinə də aiddir. Biz korrupsiyaya qarşı mübarizənin və şəffaflığın Azərbaycanda uğurla həyata keçirildiyini müşahidə edirik. Azərbaycan Şərqi Avropanın bir hissəsidir. Onun çox gözəl şansı var ki, Avropa İttifaqına daxil olsun. Bu bəlkə də ilk baxışda çox çətin görünür. Amma Avropa və Azərbaycan birlikdə bu məqsədə nail olacaqdır".
Nümayəndəliyin rəhbəri demişdir ki, Azərbaycanın Avropada tanınmasında gələn il Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin böyük əhəmiyyəti olacaqdır: "BMT Təhlükəsizik Şurasının qeyri-daimi üzvü seçilməsi də Azərbaycanı Avropada tanıdacaqdır. Azərbaycan addım-addım Avropa ailəsinə doğru irəliləyir".
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında