Ankarada Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin XX ildönümü ilə bağlı konsert təşkil olunmuşdur

Ankara Dövlət Rəsm və Heykəl Muzeyində Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Dövlət Opera və Balet Müdirliyinin təşkilatçılığı ilə Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin XX ildönümünə həsr olunmuş konsert olmuşdur. 
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, digər millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Türkiyənin yüksək rütbəli rəsmiləri, səfirliyimizin əməkdaşları, elm xadimləri, iş adamları, diaspor nümayəndələri, ictimaiyyət və KİV təmsilçilərinin iştirak etdikləri konsertdə müğənni Şenol Talınlının ifasında Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Nüşabə Muradova, Cahangir Cahangirov, Emin Sabitoğlu və Rauf Hacıyevin əsərləri, habelə Azərbaycan xalq mahnıları səslənmişdir.
Konsertin sonunda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov müğənni Şenol Talınlı və musiqiçilərlə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında