Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Abu-Dabidə keçirilən Qlobal Polis Simpoziumunda iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Qlobal Polis Simpoziumu keçirilir.
Abu-Dabi Polisinin və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
FHN-dən bildirmişlər ki, simpoziumda cinayətkarlığa qarşı mübarizə, sabitliyə nail olunması, bu sahədə qanunların icrasının təmin edilməsi üçün ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, eləcə də baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunacaqdır.
Müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış etmiş, son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında