Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana səfər edəcəkdir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 7-də Macarıstanın paytaxtı Budapeştə səfərə gedəcəkdir. 
Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov dekabrın 5-də keçirdiyi brifinqdə məlumat vermişdir.
Bildirilmişdir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
A.Nəsirov demişdir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Macarıstan Milli Assambleyasında olacaq, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver, Macarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Marton Cyoncyosi ilə keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin sədri Oqtay Əsədovun Macarıstan Prezidenti Pal Şmitt, bu ölkənin Nazirlər Kabinetinin rəhbər şəxsləri, İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nac ilə görüşləri də nəzərdə tutulmuşdur.
Dekabrın 9-dək davam edəcək səfər çərçivəsində parlament nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olacaq, buradakı Azərbaycan diasporunun fəaliyyəti ilə maraqlanacaqlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında