Daxili İşlər Nazirliyində orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilmişdir

Daxili İşlər Nazirliyində (DİN) orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilmişdir.

{nl}

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasda iştirak etmişdir.

{nl}

DİN-in mətbuat xidmətindən bildirmişlər ki, Müsabiqə Komissiyasının sədri, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. İ.Əliyev demişdir ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi işinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə daxili işlər nazirinin "Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi haqqında" əmrinə əsasən, respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında dəfələrlə elanlar verilmiş, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilmişdir.

{nl}

Nəticədə 79 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmişdir. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 51 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılmışdır.

{nl}

Sonra həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçmiş, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar "polis leytenantı" xüsusi rütbəsi verilməklə respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin edilmişlər.

{nl}

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə müsabiqənin qaliblərini təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını daim uca tutmağı arzulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi təmin edilməsində səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında