Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilmişdir

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib. Mərasimi Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və rayonda fəaliyyət göstərən Fəal və ağbirçək qadınlar şurası ilə birgə təşkil etmişdi. 
Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
Natiq qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə bir sıra əlil evləri təmir edilmiş və onlar üçün müasir standartlara cavab verən bərpa-müalicə mərkəzləri istifadəyə verilmişdir.
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox diqqət və qayğıya ehtiyacı olan təbəqəsidir və bu insanlara hərtərəfli kömək hamımızın borcudur. N.Məhəməliyev Nəsimi rayonunda da bu istiqamətdə həyata keçirilən işlərdən danışıb və bildirib ki, bu insanların problemlərinin həlli yönündə rayonda bütün zəruri işlər vaxtında görülür və belə məsələlər daim rayon rəhbərliyinin diqqət mərkəzindədir.
Fəal və ağbirçək qadınlar şurasının sədri Zərifə Quliyeva əlillərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Sonda 140 əlilə maddi yardım və hədiyyələr verilib.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında