AŞPA-nın komitə iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatının məruzəsi dinləniləcəkdir

Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun komitə iclaslarında iştirak etmək üçün dekabrın 4-dən 16-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil Komitəsinin Mədəni irs üzrə Alt Komitəsinin iclasında mədəni irsin qorunmasına dair bir sıra məsələlər müzakirə ediləcəkdir. Komitənin geniş iclasında isə muzey mükafatı, idmanda müsbət idarəçilik və etika, internet və onlayn, mediada söz və informasiya azadlığının qorunması, insanların mədəni həyatda iştirak hüququ mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.İclasda deputat Rafael Hüseynov hazırladığı "Avropada ali təhsil məkanının coğrafi vahidliyi və beynəlxalq aləmə açıqlığı" mövzusunda məruzə layihəsini təqdim edəcəkdir. Sonra məruzənin tamamlanmış olan ilkin mətni komitə iclasında səsverməyə çıxarılacaqdır. AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsində "İnsan haqları və ailə məhkəmələri", "Əhalinin yerdəyişməsi insan haqlarının pozuntusu kimi" məsələlərə baxılacaqdır. Daha sonra AŞPA-nın ötən iclasında "Avropa Şurasının üzvü olmayan ölkələrin AŞ Konvensiyalarına qoşulması haqqında" mövzu üzrə məruzəçi təyin edilmiş Azərbaycan parlamentinin nümayəndəsi Rafael Hüseynovun həmin məsələ ilə əlaqədar hazırladığı ilkin layihə nəzərdən keçiriləcəkdir.
R.Hüseynov AŞPA-nın hər iki komitəsinin iclasında müzakirəyə çıxarılan sənədlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında