Azərbaycanın xarici işlər naziri Avropa ölkələrində bir sıra görüşlər keçirəcəkdir

Dekabrın 5-də Bonnda Əfqanıstana həsr olunmuş konfrans keçiriləcəkdir. Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcəkdir.
E.Məmmədyarovun konfransda çıxış edəcəyi və bir sıra ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.
Nazir dekabrın 6-7-də ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Vilnüsdə keçiriləcək iclasında da iştirak edəcəkdir.
ATƏT XİNŞ çərçivəsində GUAM üzvü olan ölkələrin XİN başçılarının görüşü planlaşdırılır. Bu görüşdə GUAM üzvü olan ölkələrin turizm, təhlükəsizlik və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyəti, FHN orqanlarının əməkdaşlığı məsələləri müzakirə ediləcəkdir.
ATƏT XİNŞ çərçivəsində E.Məmmədyarovun Gürcüstan, Finlandiya, Portuqaliya, Türkmənistan, Ukrayna, Litva və İrlandiya XİN rəhbərləri ilə də bir sıra ikitərəfli görüşləri keçiriləcəkdir.
Nazirlər Şurasının iclası ilə əlaqədar Azərbaycan XİN başçısının ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü də planlaşdırılır.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında