Yeni zastavalar istifadəyə verilmişdir

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən aldığımız məlumatda bildirilir ki, Azərbaycanın şimal sərhədlərinin daha etibarlı mühafizəsini təmin etmək, ucqar dağlıq ərazilərdə ölkəmizin hüdudlarına nəzarətin artırılmasını möhkəmləndirmək məqsədi ilə Qusar rayonundakı Ləzə və Kirik kəndləri yaxınlığında dəniz səviyyəsindən 1750 metr yüksəklikdə yerləşən "Ləzə" və "Kirik" zastavaları istifadəyə verilmişdir.
Müasir üslubda inşa edilən, şəxsi heyətin mükəmməl xidmət göstərməsi üçün bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeni sərhəd zastavalarının açılış mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev iştirak etmişdir. DSX rəisi E. Quliyev sərhədlərin mühafizəsi zamanı peşəkar heyətin xidmətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini və yaxın vaxtlarda daha bir neçə zastavanın açılacağını bildirmişdir. Sərhəd Qoşunlarının komandanı xidməti otaqlara, əsgər yataqxanasına, yeni inşa olunmuş yaşayış evlərinə baxış keçirmiş, zabit ailələri üçün tikilmiş mənzillərdəki şəraitlə tanış olmuşdur.
Mərasimin sonunda xidmətdə fərqlənən bir qrup zabit qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında