YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı

Bu yaxınlarda Koreya Respublikasının Seul şəhərində YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcəkdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, konfrans bədii təhsili aşılayan ali, orta ixtisas və uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolunun, onların gələcək inkişafının, habelə beynəlxalq səviyyədə əhəmiyyətinin vacibliyinə həsr olunacaq. Konfransda dövlət qurumlarında çalışanlarla bərabər, sahə üzrə təcrübəli mütəxəssislər, müəllimlər və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
YUNESKO üzrə Milli Komissiya və YUNESKO-nun Moskva üzrə qərargahının təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi də konfransda təmsil olunacaq. Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ekspert qismində konfransa dəvət olunmuşdur.
Konfransın gündəliyinə plenar iclaslar, dəyirmi masalar, ayrı-ayrı işçi qrupların yığıncaqları, habelə müxtəlif ölkələrin dövlət təmsilçilərinin görüşlərinin keçirilməsi daxil edilmişdir. Burada iştirakçı ölkələrdə bədii təhsilin inkişaf imkanları araşdırılacaq, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında