Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd olundu

Respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, Beynəlxalq Əlillər Günü 1992-ci il dekabrın 3-də BMT-nin Baş Assabbleyasında qəbul edilib.
O vaxtdan hər il dekabrın 3-də BMT-yə üzv ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər həyata keçirilir.
E.Ağayev xüsusi vurğuladı ki, yoxsulluğun aradan qaldırılması, əhalinin sosial ehtiyaclarının ödənilməsi, imkansız ailələrə, vətəndaşlara daha çox diqqətin ayrılması son illər ölkəmizdə aparılan siyasətin prioritet istiqamətlərindən biridir.Dövlətimizin sosial siyasətinin əsas istiqamətləri hər bir vətəndaşın Azərbaycan Respublikasının Konstitutsiyası ilə qeyd olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı ailələrin, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.
Natiq çıxışında həmçinin qeyd etdi ki, əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etmək istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, Binəqədi rayonunda yaşayan əlillər bütünlüklə dövlət qayğısı ilə əhatə olunmuşlar.
Tədbirdə rayon veteranlar şurasının sədri Telman Hətəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, Azərbaycan Uşaq Fondunun Binəqədi rayon şöbəsinin sədri Esmiralda Rəhimova, Bakı Şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev Böyük Vətən və Qarabağ müharibələri, Çernobıl əlilləri, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr, müxtəlif səbəblərdən əlil olmuş insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda əlillərə rayon icra hakimiyyəti tərəfindən maddi yardım edildi.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında