Mərkəzi Seçki Komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcəkdir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə dekabrın 3-dən 5-dək Moskvada səfərdə olacaqdır.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcəkdir.
Bundan əlavə, MSK-nın üzvləri və əməkdaşlarından ibarət heyət MDB Müşahidə Missiyasının tərkibində də Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcəkdir.
Qeyd edək ki, Rusiya Federasiyasının Dövlət Dumasına seçkilər dekabrın 4-də keçiriləcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında