Naxçıvan şəhərində yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir

Dekabrın 1-də Naxçıvan şəhərində İstiqlal küçəsi, 85 ünvanında yerləşən yaşayış binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə təşkil olunmuş mərasimdə iştirak etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək bildirmişdir ki, bu gün MR-də əhalinin maddi-rifah halının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir. Aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir şəhər sakininə pay düşür. Bu, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsi, dövlətimizin insan amilinə göstərdiyi böyük qayğının əyani ifadəsidir.
Ali Məclisin sədri yeni mənzillərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələr kimi, sosial sahə də dinamik inkişaf edir. MR-də də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Müxtəlif səbəblərdən evləri qəzalı vəziyyətə düşmüş sakinlər, qaçqınlar və məcburi köçkünlər, müharibə veteranları və sağlamlığını itirmiş şəxslər üçün yeni mənzillərin tikilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.
V.Talıbov qeyd etmişdir ki, ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən siyasi xətt sosial islahatların həyata keçirilməsinə, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. İstifadəyə verilən bu yaşayış binası da ölkəmizdə sosial sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Yenidənqurma işlərindən əvvəl binada 9 ailə yaşayırdı. Mənzillərin kommunal-məişət şəraiti aşağı səviyyədə idi. Lakin aparılan yenidənqurma işlərindən sonra binada hərtərəfli şərait yaradılmış, mənzillərin sahəsi genişləndirilmiş, binaya əlavə bir mərtəbə də artırılmışdır. Əlavə olunmuş dördüncü mərtəbədəki mənzillər Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsində evləri plana düşən 6 ailəyə verilmişdir.
Sakin Şəmsəddin Sevdimalıyev zəngin mədəniyyətə və qədim tarixə malik olan Naxçıvan şəhərinin gündən-günə çiçəklənməsinin hər bir şəhər sakinində böyük iftixar hissi doğurduğunu bildirmişdir. Ən müasir tələblərə cavab verən yeni mənzillərin sakinlərin istifadəsinə verilməsi Ali Məclis sədrinin insanlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Bu diqqət və qayğı hər bir muxtar respublika sakini tərəfindən rəğbətlə qarşılanır, onların qurub-yaratmaq əzmini artırır.
Sonra Ali Məclisin sədri mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında