Səbaildə əlillərə qayğı artır

3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti Əlillər və Gözdən Əlillər cəmiyyətlərinin üzvləri, Saray qəsəbəsindəki uşaq evində və 219 saylı ev-məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil üçün müsiqili-əyləncəli tədbir keçirmişdir. 
Şənlik iştirakçılarını salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır.
Başçı bildirmişdir ki, əlil vətəndaşlarımıza cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri kimi diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox, adi mənəvi dəstəyə ehtiyacı vardır. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılmasını, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır.
Qeyd olunmuşdur ki, Səbail rayonunda 3550 nəfər müxtəlif əlillik dərəcəli vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibələri əlilləri, Çernobıl qəzasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən şikəst olmuş insanlar vardır.
Əlil uşaqların təhsil almaları üçün yaradılan müəssisələrdən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı ev - məktəbdir. Hazırda burada 742 nəfər uşaq 11 illik təhsil alır. Onlara 260 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı sağlam şagirdlərdən də üstün olur. Təkcə bu il məktəbin 105 məzunu respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.
Digər çıxış edənlər əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Sonda əlillərə RİH tərəfindən hədiyyələr təqdim olunmuş və incəsənət xadimləri öz mahnıları ilə görüşü daha yaddaqalan və mənalı etmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında