Binəqədi rayonunda Abay Kunanbayev adına küçənin təntənəli açılış mərasimi olmuşdur

Bakı Şəhər İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə qazax xalqının görkəmli şairi, maarifçisi Abay Kunanbayev adına küçənin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan və Qazaxıstan respublikalarının dövlət himnləri səslənmişdir. 
Qonaqları və mərasim iştirakçılarını salamlayan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Azərbaycan və qazax xalqlarının qardaşlığından danışmış, onların eyni mədəniyyətə, eyni tarixi köklərə malik olduqlarını qeyd etmişdir. E.Ağayev bildirmişdir ki, tarix boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serik Primetov mərasimdə çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışaraq vurğulamışdır ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Qazaxıstan mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töhfə verəcəkdir.
Mərasimdə həmçinin Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Bakı Dövlət Universitetinin dosenti, Abay Kunanbayev haqqında kitabın müəllifi Firuzə Ağayeva, Kunanbayev adına küçənin sakini Tofiq Məmmədov çıxış etmişlər. Natiqlər bildirmişlər ki, müasir qazax yazılı ədəbiyyatının banisi, şair, ictimai xadim Abay (İbrahim) Kunanbayevin yaradıcılığı qazax folkloru, poeziyası ilə sıx bağlıdır. A.Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır.
Sonra Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serik Primetov və Eldar Ağayev barelyefin üzərində olan örtüyü götürmüşlər.
Abay Kunanbayev adına Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Qazaxıstan Respublikasının xalq artisti Hurcamal Usanbayeva və Qazaxıstan Respublikasının xalq artisti, Dövlət Kamera Ansamblının rəhbəri Qauxar Murzabekova Abay Kunanbayevin barelyefi önünə əklil qoymuşlar.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında