Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır

Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya bildirmişlər ki, səfər çərçivəsində Səlim Müslümovun Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin baş direktoru Yozef Mezaroşla, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar (Cozsef Banyar) ilə görüşləri keçirilmişdir.
Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilmiş, fikir və məlumat mübadiləsi aparılmış, ekspertlər səviyyəsində danışıqlar keçirilmişdir.
Səfərin sonunda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Fonddan həmçinin bildirmişlər ki, səfər çərçivəsində Səlim Müslümovla Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad (Roza Nagy) arasında görüş keçirilmişdir. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanmış, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilmişdir. Həmçinin Azərbaycan və Macarıstan arasında sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunmuşdur.

{nl}

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında