Böyük Bakının Regional İnkişaf Planı gələn il hazır olacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, Böyük Bakının Regional İnkişaf Planının layihəsi üzərində aparılan işlərlə bağlı məsləhətçi şirkətlərlə müqavilələr imzalanıb. 
Dünya Bankı ilə razılaşdırılmış məsləhətçi xidmətlərinə dair dörd müqavilədən üçü artıq imzalanıb. Layihənin koordinasiya funksiyalarının həyata keçirilməsi üzrə Bakı Dövlət Layihə İnstitutu ilə imzalanmış müqavilədən sonra "Böyük Bakının rəqabətlilik və yerli iqtisadi inkişafı" və "Şəhər və regional planlaşdırma" üzrə tender proseduraları nəticəsində seçilmiş beynəlxalq məsləhətçilərlə - ABŞ-dan olan şəhər iqtisadiyyatı üzrə mütəxəssis xanım Kaya Miller və Şəhər-Regional Planlaşdırma istiqaməti üzrə italiyalı təcrübəli memar Ancelo de'Urso ilə müvafiq müqavilələr imzalanmışdır.
"Ətraf mühitin strateji qiymətləndirilməsi" üzrə məsləhətçi şirkətinin seçilməsi üçün satınalma proseduru isə davam edir və 2011-ci ilin sonunda seçilmiş namizədlə müvafiq müqavilənin bağlanması gözlənilir. "Ümumiyyətlə, Böyük Bakının Regional İnkişaf Planı layihəsinin tamamlanması 2012-ci ilin sonuna planlaşdırılır", - deyə komitədən bildirmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında