Böyük Britaniyanın öz diplomatlarını Tehrandan çıxarması ilə əlaqədar İrana dair məsələləri Azərbaycandakı səfirlik kurasiya edəcək

Böyük Britaniyanın Tehrandakı səfirliyinin diplomatik heyətinin evakuasiyası ilə əlaqədar İrana dair məsələləri bundan sonra müvəqqəti olaraq bu ölkənin Bakıdakı səfirliyinin kurasiya etməsi nəzərdə tutulur.
Bu barədə APA-ya diplomatik mənbələrdən bildirmişlər. Məlumata görə, İranda baş verən və Birləşmiş Krallığa aid olan mövzularla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi operativ məlumatlandıracaq.
Xatırladaq ki, ötən gün bir qrup iranlı tələbə Britaniyanın Tehrandakı səfirliyinə hücum edərək diplomatik missiyanı tutub, bəzi məxfi sənədləri ələ keçirmiş, Britaniya bayrağını yandırmış və altı nəfəri girov götürmüşdür. İran polisinin səyləri nəticəsində tələbələr səfirlik binasından çıxarılmış, girovlar isə azad edilmişlər.
Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar artıq diplomatlarını İran İslam Respublikasından çıxarmağa başlamışdır.
Britaniyanın baş naziri Deyvid Kameron İrana xəbərdarlıq etmişdir ki, səfirliyə hücum ciddi nəticələrə səbəb olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında