Bibiheybət ziyarətgah kompleksi ilə tanışlıq

Azərbaycanda səfərdə olan Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman noyabrın 30-da Bibiheybət ziyarətgah kompleksi ilə tanış olmuşlar.
Ziyarətgah kompleksinin muzeyi ilə tanışlıq zamanı Bibiheybət məscidinin axundu Hacı Hikmət Əlizadə məlumat verdi ki, VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə islam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı həzrəti Hökumə xanımın məzarı da bu ziyarətgahdadır. Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlədən xalqımızın iman və inanc yeri olan Bibiheybət ziyarətgahı da sovet dövründə repressiyaya məruz qalmış, 1934-cü ildə buradakı məscid dağıdılmışdır.
Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yeni həyat verilmişdir. Ümummilli lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Ulu öndər bir il sonra, Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak etmişdir.
Həmçinin Heydər Əliyev ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapmışdır. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksində inşaat və tərtibat işləri klassik Şərq memarlığı üslubunda yerinə yetirilmiş və ziyarətgah kompleksi 2008-ci il iyulun 12-də istifadəyə verilmişdir. Qətərli qonaqlar ölkəmizdə dini dəyərlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, ziyarətgah kompleksində aparılan yenidənqurma tədbirlərinin bunun bariz nümunəsi olduğunu bildirmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında