Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin noyabrın 24-də imzaladığı İstehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyə dəyişikliklərə dair Fərmandan və Nazirlər Kabinetinin elektron xidmətlərlə bağlı həmin tarixli Qaydalardan irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Bildirilmişdir ki, bu mühüm sənədlərə əsasən, həmçinin dövlət orqanlarına rüsum və haqların POS-terminallar vasitəsilə ödənişinin və s. elektron xidmətlərin tətbiqi ölkəmizdə müasir elektron hesablaşma mexanizminin yaradılmasında mühüm yenilik olmaqla, antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirlərinin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı müxtəlif xarakterli elektron xidmətlərin təşkili üzrə artıq müəyyən tədbirlər görülmüş, o cümlədən bəzi ədliyyə orqanlarında universal elektron xidmət köşkləri quraşdırılmış və həmin köşklər vasitəsilə vətəndaşlar bir çox xidmətlərlə yanaşı elektron qaydada dövlət rüsumlarının ödənilməsi imkanı da əldə etmişlər.
Eyni zamanda, nazirliyin internet saytında istifadəyə verilmiş yeni elektron xidmət bölməsində göstərilən Qaydalara uyğun olaraq Azərbaycan adları, qeydiyyat və notariat orqanları, notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının aparılması, icra qurumları və hərraca çıxarılan əmlaklar barədə, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən məlumat əldə edilməsi və digər elektron xidmət növləri yaradılmışdır.
Kollegiyada, antikorrupsiya tədbirləri çərçivəsində nazirliyin internet saytının interaktiv rejimdə fəaliyyət göstərməsi, "Qaynar xətt"dən səmərəli istifadə olunması qeyd edilmiş, vətəndaşların qəbulu prosedurunun asanlaşdırılmasını, xüsusilə də mütərəqqi yenilik - internet vasitəsilə şəxsi qəbula yazılması imkanını da nəzərdə tutan yeni qaydalar müzakirə edilərək bəyənilmişdir.
İclasda dövlətimizin daim sadiq qalan humanizm prinsiplərinin səmərəli tətbiqi, məhkumların hüquqlarının, xüsusilə sağlamlığının qorunması, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi üzrə əlavə qanunvericilik və praktiki tədbirlər müzakirə olunmuşdur.
Kollegiyada 15 qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı məsələsinə baxılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında