Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 27-ci sessiyası başa çatmışdır

Dünyanın 182 dövlətinin nümayəndələrinin iştirak etdiyi bu mötəbər məclisdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Assambleyanın plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin dəniz administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəlin təsdiqi məsələləri müzakirə olunmuşdur.
Plenar iclas zamanı dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər ətraflı təhlil edilmiş, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilmiş, Təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilmiş, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilmiş və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilmişdir.
Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi vəzifəsinə yeni seçkilər keçirilmiş və adıçəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Bölməsinin direktoru Yaponiya təmsilçisi cənab Koji Sekimizu yeni baş katib seçilmişdir.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində qabaqcıl dünya dövlətlərinin dəniz administrasiyalarının başçıları ilə görüşlər keçirmiş, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində respublikada görülmüş işlər xüsusi qeyd edilmiş, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış, yaxın günlərdə tam fəaliyyətə başlaması nəzərdə tutulan Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzinin texniki imkanları barədə geniş məlumat verilmişdir.
Plenar iclasda keçirilən dinləmələr zamanı Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak etmiş və Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, bu sahənin daim dövlət nəzarətində saxlanılması və mütəmadi tədbirlərin görülməsi, audit yoxlanışına müvafiq hazırlıq işlərinin həyata keçirilməsi Assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılmışdır.
Koreya təmsilçisi kapitan Seog Hae-gyun dəniz quldurlarının gəmiyə hücumu zamanı gəminin və heyət üzvlərinin xilas edilməsi naminə göstərdiyi cəsarətə və igidliyə görə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən "Dənizdə göstərilmiş xüsusi cəsarətə görə" medalı ilə təltif edilmişdir.
Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının sonunda üzv dövlətlər tərəfindən yekdilliklə adıçəkilən təşkilatın növbəti 2 il üçün strateji planı təsdiq edilmişdir.

{nl}

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında