Saatlıda seçkilər yüksək səviyyədə keçdi

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizdə azad, demokratik, şəffaf seçkilərin keçirilməsi sahəsində əsaslı dönüş yarandı. Həmin vaxtdan başlayaraq Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin demokratik, azad və ədalətli keçirilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirildi.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin seçkilərin keçirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədi ilə imzaladığı fərmanlar ölkəmizin demokratik prinsiplərin inkişafına sadiqliyini bir daha təsdiqlədi. Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması üçün barmaqların gözlə görünməyən mürəkkəblə rənglənməsi və bir sıra seçki məntəqələrinə veb-kameraların quraşdırılması beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib, hətta Avropanın inkişaf etmiş bəzi ölkələrində hələ də bu üsuldan istifadə edilmədiyi bildirilib. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə demokratik, azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mən uzun müddətdir ki, məntəqə seçki komissiyasının sədriyəm və bu sahədə böyük təcrübəm var. Prezident və parlament seçkiləri zamanı rəhbərlik etdiyim seçki məntəqəsinə dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq müşahidəçilər xeyli müşahidə aparıblar və sonda obyektiv və şəffaf seçkilərin keçirilməsində yaradılan şəraitə görə bizə öz minnətdarlıqlarını bilbiriblər. Beynəlxalq müşahidəçilər öz yekun rəylərini açıqlayanda da seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntularına rast gəlmədikərini rəsmən bəyan ediblər.
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi üçün hazırlıq işlərini yüksək səviyyədə başa vurduq. Məlum olduğu kimi, noyabrın 30-da 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə seçki keçirilmişdir. Bunlardan biri də mənim sədr olduğum 4 saylı Saatlı şəhər seçki məntəqəsi idi. Seçki komissiyasının üzvləri Mehman Əliyev, Yaşar Sarxanov, Fərhad Əsədov, Elmir Qiyasov və Əlipaşa Paşayev bu sahədə təcrübəsi olan şəxslərdir. Prezident və parlament seçkilərində olduğu kimi, bələdiyyə seçkilərinə hazırlıq zamanı hər bir məntəqə üzvü öz üzərinə düşən məsuliyyətin nə qədər çətin və şərəfli olduğunu dərk etmiş, onlara tapşırılan işin öhdəsindən layiqincə gəlmişlər. Məntəqəmizin əhatə dairəsində olan 1471 seçiciyə bildiriş paylanılmış, səsverməyə gəlməyə imkanı olmayan xəstə və ahıl seçicilər müəyyənləşdirilmişdir. Namizədlərin təbliğat və təşviqat kampaniyasının seçki qanunvericiliyinə uyğun aparılması üçün hər cür şərait yaradılmışdır.
Saatlı şəhər bələdiyyəsi üzrə boş qalmış 1 yerə təkrar seçki keçirilmişdir. Boş qalmış bir yerə üç nəfərin namizədliyi qeydə alınmışdır. Üçü də xanım olan namizədlərdən ikisi Yeni Azərbaycan Partiyasının üzvü, biri isə bitərəfdir. Hər üç iddiaçının namizədliyi özləri tərəfindən irəli sürülmüşdür. Təbliğat və təşviqat kampaniyasından razılıq edən hər üç namizəd hər hansı bir maneə ilə qarşılaşmadıqlarını, seçki qanunlarına tam riayət olunduğunu bildirmişlər.
Seçki zamanı hər hansı bir insident, xoşagəlməz hadisə baş vermədi. Prezident və parlament seçkilərində olduğu kimi bələdiyyə seçkiləri də yüksək əhval-ruhiyyə ilə keçirilmişdir. Azərbaycan xalqı daha bir demokratik seçkinin şahidi oldu.

{nl}

Kamal GÜLÜŞOV, Saatlı şəhər 4 saylı məntəqə seçki komissiyasının sədri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında