Dəyişdirilmiş Avropa Sosial Xartiyasının Azərbaycan tərəfdən icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir

Noyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilmişdir. 
Seminarda aidiyyəti dövlət qurumlarının, ƏƏSMN-in yanında İctimai Şuranın və QHT-lərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova seminarın əhəmiyyətindən, dəyişdirilmiş Avropa Sosial Xartiyasının Azərbaycan tərəfdən icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan on ildən çoxdur ki, Avropa Şurası kimi 60 illik zəngin və şərəfli bir tarixə malik nüfuzlu beynəlxalq təşkilatın üzvüdür və ötən dövrdə ölkəmiz bu təşkilatla əməkdaşlıq əlaqələrini daim genişləndirmişdir. Dəyişdirilmiş Avropa Sosial Xartiyasının Azərbaycan tərəfdən imzalanması bu əməkdaşlıqda mühüm rol oynayır. Eyni zamanda, Avropa Şurasının Əlillik üzrə Fəaliyyət Planı üçün Avropa Əlaqələndirmə Forumu çərçivəsində səmərəli dialoq və tərəfdaşlıq münasibətləri daim inkişaf etdirilir.
Vurğulanmışdır ki, Avropa məkanında sosial hüquqların demokratik proseslər müstəvisində geniş şəkildə təsbit edilməsi və təminatında xüsusi önəm kəsb edən Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müddəalarının icrası istiqamətində ölkəmizdə konkret işlər görülür. Seminarın məqsədi Xartiyanın müvafiq maddələrinin icrası istiqamətində respublikamızda görülən işləri müzakirə etmək, eyni zamanda, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı şəraitində gələcəkdə Xartiyanın yeni maddələrinin ratifikasiya edilmə imkanlarını nəzərdən keçirməkdir.
Diqqətə çatdırılmışdır ki, 2004-cü ildə Azərbaycan Xartiyanın 18 maddəsini ratifikasiya etmiş, indiyədək 4 məruzə təqdim etmişdir. Xartiya 31 maddədən ibarətdir. Gələcəkdə Xartiyanın yeni maddələrinin ratifikasiya edilmə imkanları da nəzərdən keçirilir.
Tədbirdə dəyişdirilmiş Avropa Sosial Xartiyasının Azərbaycan tərəfdən icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, dəyişdirilmiş Xartiyanın Azərbaycan tərəfdən ratifikasiya edilməmiş maddələri və digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
AzərTAc

{nl}

{nl}

əyişdirilmiş Avropa Sosial Xartiyasının Azərbaycan tərəfdən icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar

Təqvim

Hava haqqında