Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini ədəbiyyatın və dini əşyaların satılması hüququna icazələr verilmişdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ixtisaslaşdırılmış satış məntəqələri tərəfindən dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu sorğu materiallarının satılması hüququ verən lisenziyalar təqdim edilmişdir. 
Dövlət Komitəsinin sədri Hidayət Orucov qeyd etmişdir ki, Azərbaycan Hökuməti ölkədə vicdan azadlığının təmin edilməsi, dövlət ilə din arasında münasibətlərin tənzimlənməsi, mənfi və zərərli meyillərin qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dini qurumların fəaliyyətinin uğurla əlaqələndirilməsi, konfessiyalar və icmalar arasında əməkdaşlığın möhkəmlənməsi, tolerantlıq ənənələrinin qorunub saxlanması üçün daim iş aparılır, bu sahədə qanunvericilik bazası möhkəmləndirilir.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununun 22-ci maddəsinə əsasən, vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyatı, habelə dini təyinatlı digər əşyaları və materialları əldə edə və bunlardan istifadə edə bilərlər. Dini qurumlar, digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə dini ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa materialları istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Lakin onların satışı yalnız Dövlət Komitəsi yanında yaradılmış ekspert komissiyasının rəyinə əsasən xüsusi icazə (lisenziya) verilmiş ixtisaslaşdırılmış məntəqələrdə həyata keçirilə bilər.
Sonra Azərbaycan Respublikasının 15 ixtisaslaşdırılmış məntəqəsinə lisenziyalar verilmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında