Şriftin ölçüsü:
30.11.2011 00:06 | Oxunma sayı: 472
2001-ci il noyabr ayının 23-də yaranan "Azərlotereya" ASC keçən on il ərzində ölkədə lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasının ardıcıl təmin edilməsində kifayət qədər uğurlara imza atmışdır. On ildir ki, "Azərlotereya" ASC-nin istehlakçılara bütün müraciətləri "Sizin Azərlotereya!" kəlməsi ilə bitir. 2009-cu ildən başlayaraq bütün tirajlar lototronlar vasitəsi ilə keçirilir. Bu məqsədlə Amerika Birləşmiş Ştatlarının "Smartplay" şirkətindən "Custom Criterion II" və Fransanın "Editek" şirkətindən "Topaz" lototronları alınmışdır. İndi də yubileyi ərəfəsində "Azərlotereya" ASC yeni sevinclər bəxş edir.
Binqo lotereyasının 045-ci tirajında Şirvan şəhər sakini Nağıyev Orxan Rasim oğlu, 046-cı tirajında isə Naxçıvan sakini Abbasov Yaşar Nəriman oğlu hərəyə 10.000 manat uddular. Qax şəhər sakini Əliyev Samir Ramazan oğlu isə uğurunu "Uğur" lotereyasında tapıb. Oyunun 16-cı tirajında o, Kia "Rio" avtomobilinə sahib oldu.
Keçən yazımızda qeyd etmişdik ki, 23 noyabr 2011-ci il, "Ailə Sevinci" lotereyasının 047-ci tirajında iştirakçıları xoş sürpriz gözləyir. "Azərlotereya" ASC yaradılmasının 10 illiyi münasibətilə, həmin tirajda uduşlara, 120.000 manat məbləğində "Meqa Pot"a, Nissan "Sunny" avtomobilinə, çoxlu sayda irili- xırdalı uduşlarına, həvəsləndirici, daha on bir (11) ədəd 1000 manat məbləğində uduş əlavə edib. Budur, 043086; 052186; 104906; 007565; 073628; 089884; 053226;107565; 051554; 004906 və 087655 saylı biletlərin sahibləri hərəyə 1000 manat uddular.
Hazırda təkcə "Ailə Sevinci" deyil, digər oyunlarda da iştirakçılar "Azərlotereya" ASC-nin yubiley sürprizlərindən bəhrələnməkdədirlər. Məsələn, "Binqo" lotereyasının 21 noyabr tarixli 046-cı tirajında kifayət qədər yüksək məbləğdə olan "Super Binqo" (90 000 manat), "Fortuna" (60 000 manat) kimi uduşların məbləğləri ilə bərabər, uduş üçün gedişlərin də sayı artırıldı.
Yubiley ərəfəsində "Azərlotereya" ASC-nin qış mövsümü üçün həyata keçirdiyi maraqlı layihələr, - "Yeni il sevincləri" və "Qış Möcüzəsi" kimi lotereyalar finiş xəttinə çıxmışlar. Artıq, "Qış Möcüzəsi" oyununda, lotereya həvəskarlarını təkcə Toyota "Prado" deyil, Hyundai "I10" və Hyundai "ACCENT" kimi daha iki gözəl avtomobil gözləyir. Oyunun birinci turunda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri ən tez, dolmuş bilet Hyundai "I10" avtomobilini, ikinci turda isə lotereya biletinin iki lövhəsindən biri ən tez dolan bilet Hyundai "ACCENT" avtomobili udacaq.
28 dekabr 2011-ci il tarixində keçiriləcək "Yeni il sevincləri" lotereyası öz unikallığı ilə fərqlənir. "Yeni il sevincləri" lotereya biletinin üzərində 1-dən 80-dək olmaqla 10 (on) müxtəlif nömrə əks olunub. Bu oyunda içərisində 1-dən 80-dək nömrələnmiş şarlar olan xüsusi lototrondan ardıcıllıqla 22 (iyirmi iki) ədəd şar çıxarılır. Lototrondan çıxmış şarların nömrələrinin lotereya biletinin üzərində əks olunmuş rəqəmlərin 10 (onu), 9 (doqquzu), 8 (səkkizi), 7 (yeddisi), 6 (altısı), 5 (beşi) ilə üst-üstə düşərsə və ya heç biri ilə uyğun olmazsa həmin biletlər öz sahiblərinə yeni il qabağı sevinc bəxş edirlər. İstər Hyundai "ACCENT" avtomobili, istərsə də çoxsaylı iri pul uduşları yeni il qabağı gözəl hədiyyədir. Lakin əsl yeni il sevinci hələ əsas turlar başlanmazdan əvvəl biletin seriya nömrəsi ilə oynanılacaq Hyundai "Grandeur" avtomobilidir. Qeyd etmək lazımdır ki, bu avtomobil 100 faiz uduşludur. Başqa sözlə, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və proses udan bilet müəyyənləşənə qədər təkrarlanır.
Lotereya həvəskarlarına sürprizlərdən bəhrələnməyi arzu edirik.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.