Azərbaycanda cəriməni iki ay müddətində ödəməyən sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaqlar

Yol Polisi cəriməni iki ay müddətinə banka ödəməyən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini saxlayacaq.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq, bu günə qədər xeyli sayda inzibati xəta törətmiş şəxs tərəfindən cərimə bildirişi üzrə müvafiq məbləğin banka ödənilmədiyi müəyyən edilmişdir. Bunu nəzərə alaraq BDYPİ bir daha nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, inzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq.
Avtomobili idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında saxlanılacaq. Nəqliyyat vasitəsinin sahibinə qaytarılması isə yalnız cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra mümkün olacaq.
Bu ilin iyul ayında "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilərək yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasını müəyyənləşdirən yeni maddə əlavə edilmişdir.
Yeni maddədə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxsin cərimə bildirişi üzrə müvafiq məbləği 3 iş günü müddətində banka ödədiyi halda tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilməsi nəzərdə tutulmuşdur.
Həmçinin 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə isə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulunun hesablanması, habelə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi tərəfindən inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında