İçməli suyun uçotunun aparılmasında yeniliyin tətbiqinə başlanılır

"Azərsu" Acıq Səhmdar Cəmiyyəti istifadə olunan içməli suyun dəqiq uçotunun aparılması üçün daha bir yeniliyin tətbiqinə başlamışdır. Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, artıq Bakı şəhərində əhali qrupu üzrə istehlakçılara içməli su və kanalizasiya xidmətləri üzrə ödəniş bildirişləri əl terminalları vasitəsi ilə yerində verilir. 
Bu cihazların məlumat bazasında abonentlər haqqında bütün məlumatlar - istfadəçinin adı, ünvanı, qeydiyyatda olanların sayı, abonent kodu, sayğaclar və digər məlumatlar toplanmışdır. Su sayğacları üzrə son göstəricilər qeydə alındıqdan sonra terminaldakı əvvəlki məlumatlarla tutuşdurulur, sərfiyyat və borclar haqqında bildiriş çap edilərək müştəriyə təqdim edilir. Eyni zamanda, bu məlumatlar dərhal mərkəzi bazaya ötürülür və burada qeydiyyata alınır. Qeyd edək ki, indiyə qədər sayğac göstəriciləri nəzarətçi tərəfindən qeydə alındıqdan sonra yerli sukanal sahələrində bazaya işlənirdi. Belə olan təqdirdə isə abonentlərə bildirişlərin verilməsi günlərlə vaxt aparırdı.
Yeni sistem həm də abonentlərlə nəzarətçilər arasında yarana bilən mübahisələrə (sayğac göstəricilərinin düzgün çıxarılmaması, bildirişlərin gecikdirilməsi və s.), eləcə də nəzarətçi səhlənkarlığına birdəfəlik son qoyur. Hələlik Bakı şəhəri üzrə nəzarətçilərin təxminən 10 faizi səyyar əl terminalları ilə təmin olunmuşdur. Yaxın gələcəkdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda çalışan bütün nəzarətçilər əl terminalları ilə təmin olunacaq.
"Azərsu" ASC bir daha bəyan edir ki, bildirişlərini terminallar vasitəsi ilə alan abonentlər ödənişləri bank, poçt şöbələri, plastik kartlar və Paypoint ödəniş sistemləri vasitəsi ilə aparmalıdır. Bununla yanaşı, "Azərsu" ASC istehlakçılardan nəzarətçilərə heç bir halda nağd pul ödəməməyi bir daha xahiş edir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında