Azərbaycan YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilmişdir

İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti altıncı sessiyasının sonuncu günündə - noyabrın 29-da Komitənin yeni prezidenti, dörd vitse-prezidenti və məruzəçisinin seçkiləri keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyindən bildirilmişdir ki, Qrenada komitənin sədri, Azərbaycan, İran İslam Respublikası, Madaqaskar və Mərakeş vitse-prezident, İspaniya isə məruzəçi seçilmişdir.
İclasda qərara alınmışdır ki, qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası Qrenadada keçiriləcək.
Bununla yanaşı, komitənin sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, Azərbaycanın iki qeyri-hökumət təşkilatının (Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiya edilməsi tövsiyə olunmuşdur. QHT-lərin akkreditasiyası 2012-ci ildə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası zamanı həyata keçiriləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında