Bakı Metropolitenində gedişhaqqının artırılması xidmət səviyyəsini daha da yaxşılaşdıracaq

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Trend İnformasiya Agentliyinə açıqlamasında Bakı Metropolitenində gedişhaqqının artması məsələsinə münasibət bildirmişdir: "Dünyada metronun ən aşağı qiyməti Azərbaycandadır. Əlbəttə, biz anlayırıq, başa düşürük ki, metro da, avtobus da sosial nəqliyyatdır və əhalinin daha çox yoxsul təbəqəsi bu nəqliyyat vasitələrindən istifadə edir. 
Amma buna baxmayaraq, dövlət bu sahəyə nə qədər dotasiya yönəltsə belə, metro əgər öz xərclərinin bir qismini ödəmirsə, o zaman dünyada indiki bazar iqtisadiyyatı şəraitində metro saxlamağın heç bir əhəmiyyəti yoxdur və bu metronu saxlamaq da qeyri-mümkündür".
Administrasiya rəsmisi daha sonra demişdir ki, ona görə də dövlət burada yenə dotasiya siyasətini saxlayır: "Amma müəyyən mərhələyə qədər hesab edirik ki, 20 qəpik ədalətli qiymətdir və bu, metroda həm xidmətin yaxşılaşmasına xidmət edəcək, həm də onun dotasiyasını müəyyən qədər yüngülləşdirəcək".
Azərbaycan Tarif Şurasının metroda gedişhaqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi barədə qərar dekabrın 1-dən həyata keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında