Azərbaycan dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir

Azərbaycan dost və qardaş ölkə olan Pakistanda sel və daşqınlardan zərər çəkənlər üçün maliyyə yardımı göndərmişdir.
Türkiyənin Anadolu xəbər agentliyi İslamabaddan xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 2 milyon ABŞ dolları məbləğində yardım çekini bu ölkənin Baş naziri Yusuf Rıza Gilaniyə təqdim etmişdir.
Pakistan hökumətinin başçısı 2005-ci ildə olmuş Kəşmir zəlzələsi, ötən il və bu yaxınlarda baş vermiş sel fəlakətlərindən sonra yardım əlini uzadan dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Azərbaycanın İslamabadda bir məktəb, yaxud park inşa etmək istədiyini bildirən səfir demişdir ki, ölkəmiz dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Diplomat Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyi üçün Pakistan rəhbərliyinə təşəkkürünü bildirmişdir.
D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdiyini də demişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında