Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Bu ilin 9 ayı ərzində keçirilən reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sututarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı ümumilikdə 201 akt və protokol tərtib olunmuş və brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilmişdir. Qanun pozucuları inzibati qaydada 117945 manat məbləğində cərimə olunmuş, bundan 27320 manatın ödənilməsi təmin edilmişdir.
Cərimələrin qalan hissəsinin ödənilməsi üçün işlər aidiyyəti üzrə məhkəmə icraçılarına və məhkəmələrə göndərilmiş, 26 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq sənədlər rayon polis şöbələrinə təqdim edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş, eləcə də bazarlarda, ictimai-iaşə obyektlərində və yol kənarlarında qeyri-qanuni satılan çöl quşları yığılaraq yandırılmışdır. Hazırda respublika ərazisində reydlər davam etdirilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında