BMT Baş katibinin nümayəndəsi Valter Kalin məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olmuşdur

BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmişdir.
Qonaq və onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxmışlar. Məlumat verilmişdir ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşmışlar. Qəsəbələrdə 4179 ev vardır.
Sonra Valter Kalin Beyləqan rayonu ərazisində "Xocavənd-500" qəsəbəsində sakinlərlə görüşmüşdür. Xatırladaq ki, qəsəbə 2008-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmışdır.
Qonaqları Xocavənd və Beyləqan rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev qarşılamışlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Valter Kalini sakinlərə təqdim etmişdir.
Xocavənd sakini Ağamirzə Həsənov və başqaları həmyerlilərinin doğma torpaqlara qayıtmaq arzusunu ifadə etmişlər. Xüsusi vurğulanmışdır ki, Azərbaycan hökuməti məcburi köçkünlərə lazım olan şəraiti yaratmışdır. Ancaq bizə doğma yurdumuz lazımdır. Təəssüflə qeyd olunmuşdur ki, hətta 18 ildən sonra belə bəzi beynəlxalq təşkilatların regiona gələn nümayəndələri problemdən xəbərsiz kimi davranır, işğalçını və işğal qurbanını bərabərləşdirməyə cəhd göstərirlər. Ancaq hər kəs öz adı ilə çağırılmalıdır.
Sakinlər məşğulluq probleminin həlli ilə bağlı görülmüş işlərdən söz açmışlar. Valter Kalin kreditlərdən istifadə vəziyyəti ilə maraqlanmışdır. Ona məlumat vermişlər ki, 3 faizlə alınan kreditlərin qaytarılma göstəricisi 99 faizdir. Bildirilmişdir ki, hər bir ailəyə 12 sot həyətyanı sahədən əlavə təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı məlumat vermişdir ki, sakinlər becərdiyi tərəvəzi, bəslədiyi mal-qaranı Beyləqan bazarında satırlar.
Əli Həsənov qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycanda aqrar islahat qısa müddətdə başa çatdırılmış, torpaq özəlləşdirilmişdir. Məcburi köçkünlər üçün qəsəbələr dövlət fondunda saxlanılmış torpaqlarda salınır.
Sonra qonaqlar şəhidlər - Alov və Atəş Əzizov qardaşlarının anası Sevil xanımın həyətində ailənin şəraiti ilə tanış olmuşlar.
Şəhid ailəsi xahiş etmişdir ki, erməninin şirin dilinə aldanmayın, haqqın, ədalətin tərəfində olun. Qonaqlarla səmimi söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.
Sonra qonaqlar qəsəbədəki məktəb, uşaq bağçası və xəstəxanaya da baxmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında