Macarıstanda Azərbaycana həsr olunmuş "III respublikanın 20 ili" adlı beynəlxalq elmi konfrans keçirilmişdir

Azərbaycanın Macarıstandakı səfirliyi ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "III respublikanın 20 ili" adlı beynəlxalq elmi konfrans keçirmişdir.
Səfirlikdən "Trend"ə verilən məlumata görə, konfransı giriş sözü ilə səfir Vilayət Quliyev açmışdır.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Macarıstan xarici işlər nazirinin müavini Piter Staray təbrik nitqi ilə konfrans iştirakçılarına müraciət etmişlər.
İki gün davam edən tədbirdə Azərbaycan və macar alimlərinin, iki ölkənin müxtəlif ictimai təşkilatlarının və dövlət strukturları nümayəndələrinin 25 məruzəsi dinlənilərək müzakirə edilmişdir.
Macarıstanın milli iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədri xanım Roza Nad, Macarıstan parlamentinin deputatı Marton Döndöşü, Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü akademik İsa Həbibbəyli, Milli Məclis üzvləri Gövhər Baxşəliyeva və Mubariz Qurbanlı öz məruzələrində iki ölkə arasındakı qarşılıqlı münasibətlərin müxtəlif mühüm və aktual aspektlərinə toxunmuşlar. Bütünlükdə, Azərbaycanın müasir dünyadakı yeri və mövqeyi, son 20 ildə respublikamızın dövlət quruculuğu, iqtisadiyyat, elm və mədəniyyət sahəsində qazandığı diqqətəlayiq uğurlar, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və s. məsələlər beynəlxalq elmi konfransda müzakirə edilən məsələlər sırasında olmuşdur.
Londonda yaşayan həmvətənimiz, məşhur skripka ifaçısı, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva tədbir iştirakçıları qarşısında klassik Azərbaycan və Avropa musiqisi nümunələrindən ibarət kiçik konsert proqramı ilə çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında