Xorvatiyanın "Ulyanik" tərsanəsində Dövlət Xəzər Gəmiçiliyinin sifarişi ilə tikilən iki gəmi-bərənin təntənəli təməlqoyma mərasimi keçirilmişdir

Xorvatiyanın "Ulyanik" tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sifarişi ilə tikilən 2 gəmi-bərənin təntənəli təməlqoyma mərasimi keçirilmişdir.
ADXDG-nin informasiya və mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Gəmiçiliyin rəisi Aydın Bəşirovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Mərasimdə çıxış edən natiqlər Azərbaycan dənizçiləri ilə Xorvatiya gəmiqayıranlarının işgüzar əlaqələrinin hələ 27 il bundan əvvəl yarandığını vurğulamışlar. Bildirilmişdir ki, ötən əsrin 80-ci illərində Xəzər dənizi üçün ilk bərələr məhz Pulada, "Ulyanik"də inşa olunurdu. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan, keçmiş ittifaq məkanında nəqliyyat və tikinti sahələrinə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin göstərişi ilə onların hamısı Bakıya göndərilmişdi. Bu gün də Xorvatiya istehsalı olan 7 bərə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla istismar edilir. Əsası ulu öndər tərəfindən qoyulmuş Böyük İpək yolunda dəmir yolu vaqonları Xəzərin o tayına - Türkmənbaşı və Aktauya, eləcə də geriyə bu bərələrlə çatdırılır.
Gəmiçiliyin rəisi Aydın Bəşirov çıxış edərək demişdir ki, indiki dövrdə ikitərəfli əməkdaşlığın bərpası dövlət başçılarının Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafına yönəlmiş siyasətinin nəticəsidir. O, Azərbaycan Prezidenti İlham Əliyevə nəqliyyat sahəsinə, o cümlədən dəniz nəqliyyatına göstərdiyi diqqətə görə bütün Gəmiçiliyin kollektivi adından minnətdarlığını bildirərək, bu diqqət sayəsində respublikamızın ticarət donanmasının daim yeniləndiyini vurğulamışdır. Qeyd etmişdir ki, son 8 ildə Gəmiçiliyin daxili imkanları və dövlət büdcəsinin vəsaiti hesabına 1 quru yük gəmisi, 10 tanker və 4 bərə alınmışdır. Onların əksəriyyətinin istismara buraxılması mərasimlərində ölkəmizin rəhbəri şəxsən iştirak etmiş, 7 minlik kollektivin ağır dənizçi əməyinə hörmətini bildirmişdir. Gəmiçiliyin işçiləri belə qayğını çox yüksək qiymətləndirir və bütün səylərini yüklərin keyfiyyətlə, vaxtında daşınmasına yönəldirlər.
Sonra inşa olunacaq 2 bərənin birinci dib seksiyaları kranla xüsusi dayaqlar üzərinə qoyulmuşdur.
Xatırladaq ki, cari ilin mayında azərbaycanlı və xorvatiyalı tərəfdaşlar arasında gəmi-bərələrin 2+3 sxemi ilə inşası barədə müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, 2012-ci ilin sentyabr-oktyabr aylarında 2 bərə sifarişçiyə təhvil verilməlidir. ADXDG daha 3 gəminin inşasının hüququnu da özündə saxlayır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında