Avstraliyadan "Buta"nın sorağı

Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci ilin mükafatlar sahiblərinin adlarını açıqlamışdır. Avstraliyada keçirilən mərasimdə "Ən yaxşı uşaq filmi" nominasiyasında "Buta" filminin qalib çıxdığı elan olunmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Müsabiqənin "Ən yaxşı bədii film" nominasiyasında isə dünya şöhrəti qazanmış İran rejissoru Fərhad Əsgərinin "Nadir və Siminin boşanması" filmi müvəffəqiyyət qazanmışdır. Mükafatı qəbul edərkən rejissor İlqar Nəcəf Akademiyanın üzvlərinə və filmin yaradılmasına ona kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir. Bu il "Buta" filmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarda iştirak etmişdir.
2011-ildə "Azərbaycanfilm" və "Buta-film" studiyalarının istehsalı olan filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifi İlqar Nəcəf (Ramiz Fətəliyevin iştirakı ilə), operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkilmişlər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında