Sabirabadda vəziyyət necədir?

Yaz aylarında sel sularının artması nəticəsində Kürqırağı ərazilərdə həmişə çətinlik və problem yaranır.
Bu il isə havaların qeyri-sabit keçməsi və digər səbəblər üzündən çaylarda suyun səviyyəsi görünməmiş dərəcədə qalxmış, daşqınlar nəticəsində respublikamızın bir sıra rayonlarında, xüsusilə Sabirabadda əhaliyə, tikintilərə, kənd təsərrüfatına ciddi ziyan dəymişdir.
Məcrasından çıxaraq bəndləri dağıdan Kür hələ də "kürlük" edir. Sabirabad rayonunda gərginlik səngimir. Kür çayının daşması nəticəsində baş verən təbii fəlakətlərlə bağlı digər rayonlarda olduğu kimi, Sabirabadda da kompleks işlər davam etdirilir. Hazırda təhlükə yarana biləcək ərazilərdə aidiyyəti qurumların qüvvələri fasiləsiz iş rejimində çalışır. Kəndlərin sakinləri də onlara yaxından kömək edirlər.
Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovun verdiyi məlumata görə, görülən operativ zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınmış, insanlar vaxtında təhlükəsiz əraziyə köçürülmüşdür.
Mayın 21-dək köçürülən evlərin sayı 5524-ə çatır. Doğma ev-eşiyini tərk edən əhali isə 27493 nəfərdir. Hazırda bunlardan evlərinə 14234 nəfər (2771 ev) qayıtmışdır. Mayın 6-da suyun səviyyəsi 927 sm, axının həcmi saniyədə 2386 kubmetr idisə, hazırda bu rəqəmlər müvafiq olaraq 953 sm və 2686 kubmetrdir. Təbii fəlakət nəticəsində rayonun 20-dən çox kəndini əhatə etməklə 1763 ev su altındadır, 1491 ev qəzalı vəziyyətdədir, 404 ev isə uçmuşdur. Bunlardan başqa, əkin və örüş sahələrini su basmışdır.
Ölkə başçısının tapşırığına əsasən, təbii fəlakətin aradan qaldırılması məqsədilə müvafiq qurumlar fasiləsiz fəaliyyət göstərir. Əhaliyə müxtəlif kommunal, səhiyyə və digər xidmətlər göstərilir.
V. Bağırov həmcinin qeyd etdi ki, daşqınlar nəticəsində ciddi təhlükə mənbəyinə çevrilən Sarısu gölündə suyun məcrasına nəzarət gücləndirilmişdir Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin canlı qüvvələri və çoxsaylı texnika bəndbərkitmə işlərini həyata keçirirlər. Burada 24 saat fasiləsiz iş aparılır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında