Azərbaycanlıların qədim türklər olduğunu sübut edən sanballı arxeoloji dəlil aşkar edilmişdir

Salyan rayonunun Babazanlı adlanan ərazisində azərbaycanlıların qədim türklər olmasını sübut edən sanballı arxeoloji dəlillər aşkar edilmişdir. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Arif Məmmədov məlumat vermişdir.
Onun sözlərinə görə, aparılmış tədqiqatlar nəticəsində Babazanlı adlanan ərazidə aşkarlanmış küp qəbirlər üzərində şamanizmlə bağlı təsvirlər var. Bu da Azərbaycan ərazisində qədim türklərin (Oğuz türkləri) tarixin daha erkən dövründə yaşadığını və Azərbaycanın ən qədim sakinlərinin elə türklər olduğunu sübut edir.
"İlk dəfədir ki, Azərbaycan ərazisində küp qəbirlər üzərində şamanizmlə bağlı təsvirlər aşkarlanır. Belə tapıntılar azərbaycanlıların türklərlə bağlılığını əsaslandırmağa və möhkəmləndirməyə xidmət edir", - deyən tarixçi alim qeyd edib ki, ərazidə aşkarlanmış hər küpün ağız hissəsindən 20 santimetr məsafədə - sola doğru 1 ədəd qazan tipli antik qablar qoyulub. Bu da qədim türklərdə tanrıya inam, yəni tanrıçılıq ilə bağlıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında