Xəzər rayonunda yaşlı nəslin nümayəndələri ilə gənclərin görüşü keçirilib

Xəzər rayonunda "Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu" mövzusu ilə bağlı tədbir keçirilib. Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 230 saylı orta məktəbdə keçirilən tədbir çərçivəsində yaşlı nəslin nümayəndələri ilə gənclərin görüşü baş tutub.
Ailədə və cəmiyyətdə milli dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, gənc nəslin yaşlı nəslə hörmətinin qorunub saxlanılması, ahıllarla sıx ünsiyyətin yaradılması, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formalaşdırılması məqsədilə keçirilən görüş gənc və yaşlı nəslin nümayəndələrində böyük maraq doğurub.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, rayonun Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Nüsrət İbrahimov, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Nigar Əliyeva, "İntellekt" vətənpərvərlik klubunun sədri Rəşad Rəhimov, Böyük Vətən Müharibəsi veteranı Əsəf Mansurov mövzu ətrafında çıxış ediblər. Rəsmi hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına 230 saylı orta məktəbin və 17 saylı musiqi məktəbinin şagirdlərinin hazırladıqları bədii musiqili hissə təqdim edilib.
Tədbirdə yaşlı və gənc nəslin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında