İmişli: Sarısu gölü ətrafında gücləndirilmiş iş rejimi

15 gündən çoxdur Kür çayında daşqınlar nəticəsində Sabirabad rayonu istiqamətində qoruyucu bənd yarılaraq Sarısu gölünə axmışdı. Nəticədə göldə suyun səviyyəsinin qalxması rayonun Allahmədətli, Telişli kəndləri üçün ciddi təhlükə yaratmışdır. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev bildirdi ki, vəziyyətin gərginliyini nəzərə alaraq dərhal müvafiq qurumlara kömək üçün müraciət etdik.
Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin 400 nəfərə yaxın canlı qüvvəsi Kür çayının əhatə etdiyi kəndlərdə bəndlərin mühafizəsini gücləndirmək üçün yerli əhali ilə birlikdə işə qoşuldular. Eyni zamanda, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin müvafiq qurumları bütün qüvvələrini cəmləşdirərək suyun kəndləri basmaması üçün lazımi tədbirlərin görülməsinə başladılar. Hazırda bu tədbirlər davam etdirilir.
Qeyd olunan ərazidə rayon Fövqəladə Hallar Komissiyasının qərargahı yaradılmış, ikinövbəli iş rejimi tətbiq edilmişdir. Səfa Ağayev qeyd etdi ki, təbii fəlakətin qarşısını almaq üçün çalışan insanların gündə iki dəfə yeməklə təmin olunması üçün qərargahda lazımi şərait yaradılmışdır. Ərazidə çoxlu sayda müasir texnika bəndbərkitmə işlərinə cəlb olunmuşdur.
Xatırladaq ki, Kür çayının 66 kilometri, Araz çayının isə 100 kilometri İmişli rayonunun ərazisindən keçir. Ümumiyyətlə, daşqınların qarşısını almaq üçün 206 kilometr ərazi nəzarət altında saxlanılır. Rayonun Ağamalılar, Məmmədli, Əlyetməzli, Telişli, Allahmədətli kəndlərinin mindən çox sakini də bu işlərdə dövlət orqanlarına yardım edir.
S.Ağayev bildirdi ki, mayın 18-də Allahmədətli kəndində təhlükəsizlik tədbirləri məqsədilə 650 nəfər kənd sakini evakuasiya olunaraq yataqxanalarda, məktəblərdə, qohumlarının evlərində yerləşdirilmişdir. Onlara hər gün Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri ərzaq yardımı göstərilir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında