İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibi BDU-da olmuşdur

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa əl-Advan ilə görüşmüşdür.
Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışmışdır.
Mustafa əl-Advan İordaniya Universitetinin BDU ilə əlaqələrinin, xüsusilə nanotexnologiyalar sahəsində əməkdaşlığının səmərəli nəticələr verəcəyinə əminliyini vurğulamışdır.
Tədqiqatçı, tələbə, müəllim mübadiləsini, birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılıq əldə edilmişdir.
Sonra qonaq BDU-nun laboratoriya və müvafiq mərkəzləri ilə tanış olmuşdur.
Görüşdə İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında