Şərur-Çomaxtur yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasında (MR) həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində kənd yolları yenidən qurulur. MR-də müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Noyabrın 25-də Şərur-Çomaxtur daxili avtomobil yolunun əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi də belə tədbirlərin tərkib hissəsidir.
Kənd ağsaqqalı Abuzər Əliyev demişdir ki, MR-in hər guşəsində geniş abadlıq işləri aparılır, yeni yollar çəkilir. Yol mədəniyyətdir, abadlıqdır, rahatlıqdır. Ağsaqqal görülən işləri kəndin tarixində əlamətdar hadisə kimi dəyərləndirmiş və minnətdarlığını bildirmişdir.
MR Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən rəmzi lenti kəsmişdir. Məlumat verilmişdir ki, uzun müddət istismar edildiyindən 2,4 kilometrlik yol yararsız vəziyyətə düşmüşdü. Ona görə də yolda yenidənqurma işlərinə başlanılmış, yolun yatağı genişləndirilərək bərkidilmiş, asfalt örtük salınmışdır. Yol yatağının eni 9 metr, ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malik yolda 44 metrlik 5 suötürücü qurğu tikilmiş, 135 metr beton su kanalı çəkilmiş, ümumilikdə 1320 metr məsafədə yol kənarları hasarlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında