ABŞ İKT sektorunda Azərbaycanı dəstəkləyir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının üzvü, xanım Rida Kabanilla ilə görüşmüşdür.
Nazirlikdən bildirmişlər ki, görüşdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər, o cümlədən "Elektron-hökumət" proqramı, "Regional innovasiya zonaları layihəsi, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilmiş, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi məsələləri müzakirə mövzusu olmuşdur.
ABŞ ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir Əli Abbasov qeyd etmişdir ki, Azərbaycan ilə Amerika həm də strateji tərəfdaşdır. Nazir, son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirmişdir. İKT sektorunda ABŞ-la sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan nazir, bu ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə fəal iştirak etdiyini qeyd etmişdir. Ə.Abbasov Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən kosmik sənayenin yaradılması istiqamətində Amerika təcrübəsinin öyrənilməsinin, ABŞ-ın "Orbital Sciences" şirkəti ilə birbaşa əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Nazir İKT sahəsində əlaqələrin genişləndirilməsinin və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulamışdır.
R.Kabanilla "Bakutel-2011" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində ölkədə İKT sektorunda həyata keçirilən işlərlə yaxından tanış olduğunu və sektor üzrə əldə olunan nəticələri yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır. R.Kabanilla informasiya texnologiyaları və kommunikasiya xidmətləri sahələrində hökumət və ticari əlaqələri gücləndirmək niyyətini dəstəkləmişdir. O, təcrübə mübadiləsi üçün hökumət, qeyri-hökumət, özəl sektor və elmi cəmiyyət təmsilçilərinin əməkdaşlığa cəlb olunmasının sektor üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildirmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında